Neft nümunəsi götürülən və neftin səviyyəsi ölçülən zaman işçilər (sayı iki nəfərdən az olmamalıdır) arxası küləyə tərəf dayanmalı, qaz bərabərləşdirici sistemin qaz bağlayıcı armaturları isə bağlı vəziyyətdə olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Çəndən nümunə götürülən və neftin səviyyəsi ölçülən zaman açıq lükün içinə əleyhqazsız baxmaq və əyilmək qadağandır.