İcra sənədində tələbkar və borclu barəsində tələb olunan məlumatlar iddia ərizəsində (ərizədə) və ona əlavə edilən sənədlərdə qeyd olunan, məhkəmə araşdırması zamanı tərəflərin təqdim etdiyi, habelə “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlar əsasında doldurulur.
Heftelik.az-ın məlumatına görə, bu, Ədliyyə Nazirliyi Kollegiyasının “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”da etdiyi dəyişiklikdə əksini tapıb.