Çənlərin pilləkənləri, dam meydançaları təmiz saxlanılmalı, artıq əşyalarla qalaqlanmamalı, qış fəslində qardan və buzdan təmizlənməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Çənlərin yanında və çənlər parkının ərazisində açıq alovdan, işıq mənbələrindən istifadə etmək və siqaret çəkmək qadağandır. Çənlər parkının girişində və ərazisində bu barədə xəbərdaredici lövhələr və təhlükəsizlik nişanları qoyulmalıdır.