Nasoslar işləyən zaman nasos stansiyasında odlu və qaz təhlükəli işlərin aparılması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Səyyar işıqlandırma vasitəsi kimi partlayış mühafizəli akkumulyatorlu fənərlərdən istifadə edilməlidir. Fənərlər nasosxanadan xaricdə yandırılıb söndürülməlidir.