“Formula-1”in 2024-cü il üçün təqvimi açıqlanıb.

Heftelik.az-ın  məlumatına görə, Azərbaycan Qran-Prisinin də vaxtı dəqiqləşib.

Bakıda keçiriləcək yarış mövsümün 17-ci mərhələsi olacaq. Qran-Pri sentyabrda baş tutacaq. Ayın 13-14-də təsnifat yarışları, 15-də əsas yürüş təşkil olunacaq.

Qeyd edək ki, 2024-cü ildə ümumilikdə 24 mərhələ keçiriləcək.