Layihələndirmə xidmətləri üçün üçüncü sinif tikinti obyektləri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nda əksini tapıb.
Üçüncü sinif tikinti obyektləri aşağıdakılardır:
– hündürlüyü 12 metrdən 30 metrə qədər olan müxtəlif təyinatlı tikinti obyektləri;
– sahəsi 5000 m2-dən 20 000 m2-dək olan istehsalat və anbar tikililəri;
– taxılçılıq, heyvandarlıq, quşçuluq və südçülük komplekslərinin tərkibinə daxil olan bina və qurğular;
– sahəsi 1 hektardan çox olan istixanalar;
– 100-dən çox avtomobil tutumlu birmərtəbəli avtomobil dayanacaqları;
– tutumu 50 nəfərdən (şagird) çox olan məktəbəqədər təhsil müəssisələrinin binaları;
– tutumu 200 nəfərdən 1000 nəfərə qədər (1000 nəfər daxil) olan ümumi təhsil müəssisələrinin tədris korpusları;
– peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tədris korpuslarının binaları;
– ümumi təhsil müəssisələrinin tutumu 800 yerdən çox olmayan yataqxana korpusları;
– ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət və reabilitasiya müəssisələri;
– xəstəxanalar, tibb məntəqələri (mərkəzləri), sanatoriyalar, dispanserlər, müalicə və ambulator poliklinika binaları;
– 1500 nəfərdən 8000 nəfərədək tamaşaçı (azarkeş) tutumu olan stadionlar və oyun meydançaları;
– qapalı və açıq hovuzlar (ümumi istifadədə olan torpaqlarda yerləşən sututarlar və həcmi 10 milyon m3-dən artıq olan su hövzələri (anbarları) istisna olmaqla);
– sərgi və muzey binaları;
– sahəsi 1000 m2-dən 5000 m2 qədər olan ticarət binaları, ictimai iaşə obyektləri;
– dini sitayiş obyektləri;
– elmi kitabxanalar, laboratoriyalar, elmi-tədqiqat, layihə-konstruktor təşkilatlarının və sınaq mərkəzlərinin binaları;
– meliorasiya sistemləri və qurğuları (birinci, ikinci, dördüncü və beşinci siniflərə aid olanlar istisna olmaqla), balıq təsərrüfatı obyektləri;
– paylayıcı mühəndis qurğuları (mühəndis şəbəkələri, nəqledici qurğular və resursların paylanmasını təmin edən digər bina və qurğular);
– gücü 5 MVt-dək olan istilik elektrik stansiyaları;
– 6-10 kV-luq paylayıcı məntəqələr, 6-10/0,4 kV-luq transformator yarımstansiyaları;
– 0,4 -10 kV-luq elektrik ötürücü xətlər;
– sahə avtomobil yolları və IV, V kateqoriyalı dəmir yolları;
– sugötürən və suqəbuledici qurğular;
– müvəqqəti körpülər və piyada keçidləri;
– III, IV və V texniki dərəcəli avtomobil yolları.