Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına, yəni investisiya şirkəti fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə cərimələr məlum olub.
Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına, yəni investisiya şirkəti fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.