Biz Ukraynadakı müharibənin bitməsi ilə bağlı dəfələrlə çağırış etmişik. Bu müharibə bitməlidir.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının nazirlərin iclasında çıxışı zamanı deyib.
Nazir, İranın Cənubi Qafqaz regionunda mübahisələrin sülh yolu ilə həllini dəstəklədiyini diqqətə çatdırıb.
O, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini vurğulayıb.
Nazirin sözlərinə görə, o, Prezident İlham Əliyevlə görüşdə Azərbaycan tərəfinin üçtərəfli bəyanatın icrasına sadiq olduğunu başa düşüb.
Abdullahian əlavə edib ki, Azərbaycan üçtərəfli bəyanatda əksini tapan kommunikasiya və nəqliyyat yollarının açılmasını dəstəkləyir.
“Bu regionun tranzit baxımından böyük potensialı var. İran bu hədəfi, potensialı reallaşdırmaq üçün əməkdaşlığı dəstəkləyir”, – xarici işlər naziri bəyan edib.
XİN rəhbəri, İranın hər zaman regionda sərhədlərin dəyişməsinə qarşı olduğunu qeyd edib.