Məhkəmə çıxışları işdə iştirak edən şəxslərin, onların nümayəndələrinin və vəkillərinin nitqlərindən ibarətdir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Əvvəlcə iddiaçı və onun nümayəndəsi, sonra cavabdeh və onun nümayəndəsi çıxış edir. Artıq başlanmış prosesdə mübahisə predmetinə dair müstəqil tələblər irəli sürən üçüncü şəxs və onun nümayəndəsi tərəflərdən və onların nümayəndələrindən sonra çıxış edir.