Nasos stansiyalarının təchizatına dair tələblər açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Nasos stansiyaları aşağıdakılarla təchiz olunmalıdır:
– axınlı-sorma ventilyasiya sistemi, qazanalizatorla əlaqələndirilmiş avtomatik qəza ventilyasiyası və isitmə sistemi ilə;
– stasionar və ya səyyar yükqaldırma qurğuları ilə;
– Tikinti norma və qaydalarının tələblərinə uyğun stasionar yanğınsöndürmə qurğuları ilə;
– ilkin yanğınsöndürmə vasitələri ilə;
– avtomatik köpüklə yanğınsöndürmə sistemi ilə;
– partlayış mühafizəli və mexaniki zədələnmədən qoruyucu örtüklə təchiz edilmiş işıqlandırma lampaları ilə;
– partlayış mühafizəli elektrik mühərrikləri ilə.