Daxili İşlər Nazirliyi sabiq deputat Nazim Bəydəmirlinin saxlanılmasına münasibət bildirib.
Heftelik.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, N.Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.
“Vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib: “O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.
Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”.