On dörd yaşına qədər olan şahidin və məhkəmənin mülahizəsi ilə on dörd yaşından on altı yaşına qədər olan şahidlərin dindirilməsi təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Zəruri halda məhkəməyə yetkinlik yaşına çatmamış şahidin valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də çağırılır. Göstərilən şəxslər sədrlik edənin icazəsi ilə şahidə suallar verə, habelə şahidin şəxsiyyətinə, verdiyi ifadənin məzmununa münasibətdə öz mülahizələrini söyləyə bilərlər.