Layihələndirmə xidmətləri üçün dördüncü sinif tikinti obyektləri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nda əksini tapıb.
Dördüncü sinif tikinti obyektləri aşağıdakılardır:
– hündürlüyü 30 metrdən 50 metrəyə qədər (50 metr daxil) olan çoxmərtəbəli binalar (yaşayış və inzibati təyinatlı binalar daxil olmaqla);
– aşırımlarının uzunluğu 36 metrdən 100 metrə qədər (100 metr daxil) olan uzun aşırımlı bina və qurğular;
– sahəsi 20 000 m2-dən 40 000 m2-dək (40000 m2 daxil) olan istehsalat və anbar tikililəri;
– gücü 5 – 50 MVt olan istilik elektrik stansiyaları;
– hündürlüyü 30-dan 200 metrədək (200 metr daxil) olan dirəklər (maçta), qüllələr və tüstü boruları;
– gərginliyi 35 – 220 kV olan yarımstansiyalar;
– 35 – 220 kV-luq elektrik ötürücü xətlər;
– rabitə və telekommunikasiya obyektləri, şəbəkə və qurğuları;
– hava ötürücü elektrik xətlərinin xüsusi keçidlərində bünövrələr və hündürlüyü 100 metrə qədər (100 metr daxil) olan dayaqlar (mühəndis qurğularında və gəmi hərəkət edən çaylarda);
– Ia, Ib, Ic və II texniki dərəcəli avtomobil yolları;
– uzunluğu 100 metrdən çox olmayan avtomobil körpüləri;
– tutumu 10000 m3 qədər olan (10000 m3 daxil) neft, mayeləşdirilmiş karbohidrogen qaz, neft və kimya məhsullarının saxlandığı çənlər;
– neft və qaz quyuları;
– tutumu 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrinin tədris korpusları;
– ümumi təhsil müəssisələrinin tutumu 800 yerdən çox olan yataqxana korpusları;
– çoxmərtəbəli avtomobil dayanacaqları (yerüstü, yeraltı, mexanikləşdirilmiş);
– 1000 nəfərədək tamaşaçı tutumu olan teatrlar, kinoteatr zalları, sirk binaları;
– 8000 nəfərdən 40000 nəfərədək (40000 nəfər daxil) tamaşaçı (azarkeş) tutumu olan stadionlar və oyun meydançaları, idman bazaları;
– yanacaqdoldurma məntəqələri (texniki xidmət və ticarət obyektləri daxil olmaqla);
– xüsusi təyinatlı tikinti kompleksləri (hərbi hissələr, penitensiar müəssisələr, habelə sığınacaqlar və digər mülki müdafiə qurğuları);
– sel və daşqın sularından qoruyucu bəndlər və torpaq sürüşmələrindən istinad divarları.