Albaniya Prezidenti Bayram Beqay Azərbaycana rəsmi səfərə yola düşüb.
Heftelik.az-ın Albaniya mətbuatına istinadən verdiyi məlumata görə, Bayram Beqay Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlir.
Dövlət başçıları arasında keçiriləcək görüşdə ikitərəfli əməkdaşlıq əlaqələri, həmçinin Albaniyada müasir qazpaylayıcı şəbəkənin inşası kimi qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək. Vurğulanıb ki, Albaniyadan digər region ölkələrinə qaz nəqli layihələrinin reallaşdırılması aparılacaq müzakirələrdə vacib yer tutacaq.
Görüşün sonunda dövlət başçılarının mətbuat üçün birgə bəyanatla çıxış edəcəkləri bildirilib.