Nəqliyyat vasitələrinin çənlərin torpaq bəndlərlə əhatə olunmuş ərazisinə daxil olması müəssisə rəhbərliyi tərəfindən təsdiq olunmuş, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Agentlik və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmış tapşırıq-icazə vərəqəsi əsasında həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çənlər parkının ərazisinə daxil olan nəqliyyat vasitələri qığılcımsöndürənlə təchiz edilməlidir. Avtonəqliyyat vasitələrinin istismar olunan çənlərə 20 m-dən az məsafəyə yaxınlaşmasına yol verilmir.