Get-gedə sertifikasiya suallarının çətinlik həddi dəyişəcək.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil” adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.

“Bu, zamanla olacaq. Birdən-birə dərəcəni qaldırmaq faydasız olar”, – nazir qeyd edib.

Nazir deyib ki, Azərbaycan dili fənni ilə bağlı standartlarda kifayət qədər dəyişiklik edilib: “Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır”.