Nasos stansiyasının əsas və köməkçi avadanlıqlarının üzərində texnoloji sxemə uyğun nömrələri, “Diqqət! Aqreqat avtomatik işə düşür!” yazıları olan lövhə olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Nasosları işə salmazdan əvvəl axınlı-sorma ventilyasiyası işə salınmalı, nasosxananın havası dəyişdirilməlidir. Nasos stansiyasının nasaz və ya  işə salınmamış ventilyasiya və avtomatika sistemi ilə istismarı qadağandır.