Avtomatlaşdırılmış parkın çənləri neftin son səviyyəyə çatması haqqında xəbərdaredici siqnalizasiya ilə və klapanların, siyirtmələrin işinin pozulmasını xəbərdar edən qəza siqnalizasiyası ilə təchiz olunmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Fəaliyyətdə olan çənin işi yalnız yeni işə salınan çənin siyirtmələri tam açıldıqdan sonra dayandırılmalıdır. Neft vurma zamanı bir çənin işini dayandırmaq və yeni çəni işə salmaq üçün siyirtmələri eyni zamanda açıb-bağlamaq qadağandır.