Sertifikasiya imtahanlarının birinci prosesi 2027-ci ildə yekunlaşacaq.
Heftelik.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil” adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
“Məqsədimiz müəllim heyətinin peşəkar fəaliyyətinə qatqı verməkdir. Həmçinin bu yöndə yeni yanaşmalar da tətbiq edəcəyik”, – nazir əlavə edib.
Nazir deyib ki, 2022-2023-cü illərdə 38 min müəllim sertifikasiya imtahanında iştirak edib:
“2023-cü ildə ibtidai sinif üzrə sertifikasiya imtahanında müəllimlərin 55 faizi 30-50, 35 faizi 0-29, 10 faizi isə 51 və yuxarı bal toplayıb”.