Mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs və onun nümayəndəsi, tərəfində üçüncü şəxsin işdə iştirak etdiyi iddiaçıdan, yaxud cavabdehdən sonra çıxış edir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
İşdə iştirak edən şəxslərin vəkilləri də həmin ardıcıllıqla çıxış edirlər. Digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmiş dövlət orqanının və yerli özünüidarə orqanının nümayəndələri məhkəmə çıxışlarında birinci çıxış edirlər.