Arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi formasının və müddətinin və Milli arxiv fondu sənədlərindən istifadə qaydasının pozulmasına görə cərimələr açıqlanıb.

Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi formasının və müddətinin və Milli arxiv fondu sənədlərindən istifadə qaydasının pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan səksən manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.