İyulun 5-də Milli Məclisin deputatı Rüfət Quliyev Lənkəran şəhəri deputat ofisində seçicilərlə görüş keçirib.
Heftelik.az-ın məlumatına görə, görüşdə şəhid ailələri, qazilər, müxtəlif yaş və fəaliyyət qruplarından olan şəhər sakinləri iştirak edib.
Rüfət Quliyev çıxışı zamanı Ulu öndər Heydər Əliyevin Azərbaycana uğurla rəhbərlik etməsindən, dövlətçilik ən-ənələrinin formalaşması istiqamətində gördüyü işlərdən danışıb.
Görüş zamanı sakinləri narahat edən problemlər dinlənilib. Hər bir seçicinin toxunduğu məsələlər ətrafında müzakirə aparılıb. Deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Ən müxtəlif mövzular üzrə müraciət edən seçicilərin qayğıları ilə maraqlanan Rüfət Quliyev əlaqədar dövlət orqanlarının rəhbərləri və səlahiyyətli şəxslərlə telefonla danışıb. Deputat sakinlərin iş, hüquqi məsləhət, sosial məsələlərlə və digər sahələrlə bağlı qaldırdığı bir sıra məsələləri diqqətlə dinləyib və qeydiyyata aldırıb.
Müraciətlərdən bir neçəsi yerindəcə həllini tapıb qalan müraciətlərin həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi bildirilib.
Seçicilər səmimi qəbula görə Milli Məclisin deputatı Rüfət Quliyevə minnətdarlıqlarını bildirib və müraciətlərinin qısa zamanda öz həllini tapacağına əminliklərini ifadə ediblər.