Partlayış mühafizəli olmayan səyyar rabitə vasitələri və mobil telefonlar nasosxanaya daxil olmazdan əvvəl söndürülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Nasos stansiyasının bütün otaqları istehsalat kanalizasiyası sistemi ilə təchiz olunmalıdır, nasosxana binalarının kənarında nasoslardan sızan neftin mərkəzləşdirilmiş yığım sistemi quraşdırılmalıdır.