Niyə cəmiyyət bir müğənninin Azərbaycan Yazıçılar Birliyinə üzv olmasını, Söyüdlüdə baş verən hadisələri, yaxud da Şəmkirdə varlı bir iş adamının 200 min dollar verərək türkiyəli müğənnini sünnət toyunda oxumağa gətirməsini müzakirə edir?! Çünki ciddi məsələlər müzakirə edilmir
Heftelik.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, ciddi məsələlərdən biri Azərbaycanda təhsilin sentyabrın 1-də başlaması idi: “Nazir də bunu dəstəkləmişdi. Ciddi məsələlər bu gün müzakirə olunmur. Bu gün ciddi məsələlərdən biri blokadada olan Naxçıvana bilet məsələsidir. Bunun səbəbi birbaşa korrupsiya ilə bağlıdır. Gürcüstandan İstanbula 100 manatdır, Azərbaycandan 700 manat. Onlar biletlərin üstündən pul tuturlar. AZAL Naxçıvana bilet çox satanda ,təyyarə ayıranda üstündə 20 manat pul tutur, İstanbula 300 manat. Ona görə də Naxçıvana təyyarə ayırmır. Bu məsələlər müzakirə edilməlidir”.