Müstəsna hallarda işin hallarını müəyyən etmək zərurəti olduqda, işdə iştirak edən bu və ya digər şəxs, habelə iclas zalında olan hər hansı bir şəxs yetkinlik yaşına çatmamış şahid dindirilərkən məhkəmənin qərardadı ilə məhkəmə iclası zalından çıxarıla bilər.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
İclas zalından çıxarılmış işdə iştirak edən şəxs iclas zalına qayıtdıqdan sonra ona yetkinlik yaşına çatmamış şahidin ifadəsinin məzmunu bildirilməli və onun şahidə suallar verməsinə imkan yaradılmalıdır.