TƏBİB Lənkəran Regional Perinatal Mərkəzində hamilə və körpənin ölümü barədə məlumat yayıb.
TƏBİB-dən Heftelik.az-a verilən məlumata görə, iyulun 7-də saat 05:49 radələrində hamiləliyin 24-cü həftəsində olan 1995-ci il təvəllüdlü Lənkəran rayon Kərgəlan kənd sakini Qurbanzadə Aygün İlham qızı vaxtından əvvəl doğuş təhlükəsi, ciftin vaxtından əvvəl hissəvi ayrılması, kəskin qanaxmanın başlanması diaqnozu ilə Lənkəran Regional Perinatal Mərkəzinə yerləşdirilib.
Reanimasyon və cərrahi tədbirlərə baxmayaraq ana və körpənin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda baş verən ölüm hadisəsi ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırılma aparılır.