Hərbi xidmətə vicdansız və ya laqeyd münasibət nəticəsində əmri icra etməmə, bu əməllər ağır nəticələrə səbəb olduqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Müharibə vaxtı” dedikdə, Azərbaycan Respublikasının xarici dövlətlərlə müharibə vəziyyətində olması başa düşülür. Müharibənin elan olunmasının və ya hərbi əməliyyatların faktiki aparılmasının ilk günü və saatı müharibənin başlanması, hərbi əməliyyatların faktiki dayandırıldığı gün və saat isə müharibənin sonu hesab edilir. “Döyüş şəraiti” dedikdə, hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı aparması başa düşülür.