2022-ci ildə Fondun yeni investisiyalarının həcmi ümumilikdə 7 347,9 mln. ABŞ dolları təşkil edib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Yeni investisiyaların 4 372,2 mln. ABŞ dolları Borc öhdəlikləri və pul bazarı alt portfelinə, 2 836,0 mln. ABŞ dolları Səhm alt portfelinə, 139,6 mln. ABŞ dolları isə Daşınmaz əmlak alt portfelinə investisiya edilib.
Hesabat ilində Fondun yeni investisiyalarının həcmi ümumilikdə 7 347,9 mln. ABŞ dolları təşkil etsə də ,portfelin idarəedilməsindən ilin yekunlarına görə 2461,3 mln. ABŞ dolları və portfelə daxil olan valyutaların baza valyutası olan ABŞ dollarına nisbətdə məzənnə dəyişməsi hesabına 878,5 mln. ABŞ dolları zərərin olması ilə Fondun aktivlərinin həcmi ilin sonuna 4008,4 mln. ABŞ dolları artması müəyyən edilib. Cədvəl 20. Fondun 2022-ci ildə yeni investisiyaları barədə məlumat.
Maliyyə aktivi* | 31.12.2022 | İl ərzində net daxilolmalar | 2022-ci il üzrə gəlir/zərər | 2022-ci il üzrə məzənnə fərqi |
Borc öhdəlikləri və pul bazarı | 30 361 030 367 | 4 372 247 580 | (1 106 997 615) | (641 505 849) |
Səhmlər | 9 645 955 882 | 2 836 000 462 | (1 608 151 415) | (175 009 055) |
Daşınmaz əmlak | 3 081 312 860 | 139 623 047 | 253 863 247 | (113 701 689) |
Qızıl | 5 944 376 881 | – | 0 | 51 713 002 |
Toplam | 49 032 675 991 | 7 347 871 088 | (2 461 285 784) | (878 503 592) |