Hesabat ilində Fondun Səhm alt portfeli üzrə gəlirliliyi -16,7 % təşkil edib.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.

Mənfi gəlirlilikdə ən böyük pay “VTB” şirkətinin səhmləri üzrə qeydə alınıb (-66,0%).

Cədvəl 16. Neft Fondunun səhmlər alt portfeli üzrə gəlirliliyi barədə məlumat.

Portfel31.12.2022*31.12.2021*
“MSCI World” portfeli-15.5%24,6%
“MSCI Europe ex UK” portfeli-12.5%24,1%
“S&P 100” portfeliN/A**18,3%**
“VTB” şirkətinin səhmləri-66.0%30,6%
Səhmlərə investisiya qoyan pay fondları portfeli-21.5%16,4%
Cəmi səhm portfeli-16.7%22,8%

*Məzənnə dəyişikliyindən yaranan fərq nəzərə alınmadan gəlirlilik (faiz).

 

**2021-ci ildə “S&P 100” portfelinin bağlanılması qərarı verilmiş və həmin ilin oktyabr ayında “S&P 100” portfelində olan bütün səhmlər Sumitomo xarici menecerinin idarəçiliyində olan portfelə köçürülmüşdür.

Cədvəl 17. Neft Fondunun səhmlər alt portfeli üzrə gəlirlilik.

2022-ci ilin sonuna bazar dəyəri və müvafiq bank hesabları daxil olmaqla 

31.12.2022

gəlir/zərər

 

31.12.2021

gəlir/zərər

“MSCI World” indeksi$ 6 621 042 407$ – 787 586 483$ 921 181 457
“MSCI Europe ex UK” indeksi€ 1 111 681 009$ – 183 015 411$ 289 633 836
“S&P 100” indeksiN/A$ 38 782 463
“VTB” şirkətinin səhmləriRUB 6 257 651 299$ – 158 423 184$ 56 710 216
Səhmlərə investisiya qoyan pay fondları portfeli$1,755,755,287$ – 479,126,338$ 274 324 410
Cəmi səhm portfeli$9 645 988 846$ -1 608 151 415$1 580 632 382

Qeyd: Gəlirliliyin ölçülməsi məqsədilə yuxarıda qeyd edilən Səhmlərdən əlavə səhm portfellərinə daxil olan bank hesabları və likvid fondları da nəzərə alınır. Qeyd etmək istərdik ki, bank hesabları və likvid fondları Borc öhdəlikləri və pul bazarı aktivlərinin tərkib hissəsidir.

Qlobal səhm bazarında son illər ərzində yüksək səviyyəli volatilliyin müşahidə edilməsi öz növbəsində müəyyən zaman kəsiyində investisiya portfelinə əlavə volatillilik gətirməsinə və hesabat ilində beynəlxalq maliyyə bazarlarında baş verən yüksək səviyyəli qiymət dəyişkənliyini nəzərə alaraq səhm investisiyaları üzrə yatırımlarda bu investisiya aktivi üzrə strategiyanın dövrü olaraq dəyərləndirməklə ehtiyatlı yanaşmanın aktuallığı qənaətinə gəlinib.