Auditor hesabatının tərtibində əsas məlumat mənbələrindən biri olan Audit qrupunun hesabatının hazırlanması məqsədilə KDMN obyektində aparılmış sahə işi zamanı və bundan əvvəlki planlama mərhələsində tələb olunan sənədlər qarşı tərəfdən tam təqdim edilib, audit prosesində maneçilik törətmə halları olmayıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Audit qrupunun hesabatında qeyd edilmiş tapıntılar və əlaqəli sübutlar, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun 31 dekabr 2022-ci il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun Konsolidasiya edilmiş Maliyyə Hesabatları və Müstəqil Auditorun Hesabatı, KDMN obyektinin nümayəndələri ilə aparılmış müzakirələr və təqdim edilmiş digər məlumatlar predmet üzrə tədbiq edilən meyarlara müvafiq olaraq düzgün və ədalətli təsəvvürü təmin etməklə auditor hesabatında əks olunmuş nəticə, rəy və təkliflərin formalaşdırılması üçün kafi əminlik yaradıb.