Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə yeni rəis təyin edib.
Sərəncamına əsasən, bu vəzifəyə ədliyyə polkovniki Mirsaleh Miradil oğlu Seyidov təyinat alıb.
Heftelik.az-ın məlumatına görə, Mirsaleh Seyidov bu təyinatadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi olub.
Mirsaleh Seyidov həmçinin ədliyyə nazirinin müavini vəzifəsini də tutacaq.