Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.