2022-ci il ərzində Fond qızıl alt portfeli ilə bağlı əməliyyatlar aparmamış, nəticədə 31 dekabr 2022-ci il tarixinə cari qızıl balansı əvvəlki ilin müvafiq dövründə olduğu kimi 101 800,9 kq (3 272 974,8 troya unsiyası) təşkil edib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Qızıl alt portfelinin həcminin Fondun ümumi portfelində payı 2021-ci ildə olan 13,09%-dən 2022-ci ildə portfelin həcminin artması fonunda 12,12%-ə düşüb. Qızılın qiymət dəyişməsi hesabına 51,7 mln. ABŞ dolları həcmində Fondun büdcədənkənar gəlirləri yaranıb.