Ukrayna Ordusunun Baxmut şəhərinin ətrafındakı hakim yüksəkləri alması nəticəsində şəhərin bütün giriş və çıxışları atəş altındadır.

Heftelik.az-ın xəbərinə görə, bunu bu gün Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Anna Malyar deyib ki, artıq neçə gündür ki, Ukrayna Ordusu şəhərin bütün giriş və çıxışlarını, Rusiya Ordusunun düşərgələrini atəş altında saxlayır.

Bu, artıq Rusiya Ordusunun Baxmutda operativ mühasirəyə düşməsi deməkdir. Ukrayna Ordusu oxşar taktika nəticəsində Rusiya Ordusunu Liman şəhərindən çəkilməyə məcbur etmişdi.