Terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə monitorinqi orqanına məlumat və sənədlərin təqdim edilməsi, yaxud əməliyyatların icrasının dayandırılması haqqında şəxsə qulluq mövqeyi ilə əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumat və sənədlərin, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Vəkil, notarius, rieltor, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxs tərəfindən müştərini qeyri-qanuni fəaliyyətdən çəkindirmək məqsədilə onu və ya digər şəxsləri əməliyyatların icrasının dayandırılacağı və ya müvafiq məlumatların maliyyə monitorinqi orqanına təqdim ediləcəyi barədə məlumatlandırması hallarına bu maddəsinin qüvvəsi şamil edilmir.