Hesabat ilində Dövlət Neft Fondunun yeni investisiyalarının həcmi ümumilikdə 7 347,9 mln. ABŞ dolları təşkil etsə də portfelin idarəedilməsindən ilin yekunlarına görə 2 461,3 mln. ABŞ dolları və portfelə daxil olan valyutaların baza valyutası olan ABŞ dollarına nisbətdə məzənnə dəyişməsi hesabına 878,5 mln. ABŞ dolları zərərin olması ilə Fondun aktivlərinin həcmi ilin sonuna 4008,4 mln. ABŞ dolları artması müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
2021-ci il 31 dekabr tarixinə Maliyyə Nazirliyinin Fonda idarəetməyə verdiyi vəsait qalığı 1 108,0 mln. ABŞ dolları olub, 2022-ci il ərzində Fond tərəfindən Maliyyə Nazirliyinə xalis olaraq 641,7 mln. ABŞ dolları məbləğində vəsait köçürülüb. İl ərzində idarəetmədən 33,0 mln. ABŞ dolları məbləğində və ya 1,85% gəlir əldə olunması müəyyən edilib.