Hesabat ilində Dövlət Neft Fondunun gəlir və xərc hesabları üzrə vəsaitlərin hərəkəti zamanı bəzi aylarda xərclər gəlirləri üstələmiş, dekabr ayında isə manat ifadəsində 100,4 mln. manat gəlirlər xərcləri üstələsə də ABŞ dolları ifadəsində 276,4 mln. ABŞ dolları məbləğində xərclər gəlirləri üstələyib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Dekabr ayında AZN və ABŞ dollarında hesablanan büdcə gəlirlərinin arasındakı fərq ARDNF və SOCAR-a məxsus “Azerbaijan Rigs” MMC-yə edilən manat və ABŞ dolları ilə köçürmələrin uçotunun Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) əsasən manatla, investisiya uçotunda isə Fondun İnvestisiya Siyasətinə uyğun ABŞ dolları ilə öz əksini tapmasıdır.