2021-ci ildən istiqrazlar alt portfelində indeks tipli bençmarklara keçid 2022-ci ildə də davam edib və hesabat ilində də müvafiq əqdlər bağlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Nəzərə almaq lazımdır ki, ARNDF – nin bençmarkları orta-uzun müddətli dürasiyaya malik olduğundan, 2022-ci ildə də bençmarklara yaxınlaşmaq məqsədi ilə bütün valyutalar üzrə uzunmüddətli kağızların əldə edilməsi davam etdirilib.
Həmçinin qeyd etmək lazımdır ki, sözügedən ildə başlıca iqtisadiyyatlardakı faiz dərəcələrinin il boyu artımından istifadə edərək bençmarklardan daha az dürasiya ilə kağızların alınması son nəticə olaraq başlıca valyutalarda ARDNF-nin istiqraz alt portfeli üzrə gəlirliyinin müvafiq bençmark gəlirliliklərini əhəmiyyətli dərəcədə üstələməsi ilə nəticələnib.