Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında Ermənistan yığması da iştirak etmək istəyir.

Heftelik.az-ın məlumatına görə,  bunu Ermənistan Güllə Atıcılığı Federasiyasının baş katibi Areq Saribekyan açıqlayıb.

O bildirib ki, yığma hər hansı maneə ilə üzləşməsə, yarışda iştirak edəcək. Ermənistanın mundialda iştirakı ilə bağlı yekun qərar yarış ərəfəsində veriləcək.

Öncədən Rusiyada təşkil olunması planlaşdırılan dünya çempionatı sonradan bu ölkədən alınaraq Bakıya verilib. Yarış avqustun 4-15-də paytaxtda keçiriləcək dünya kubokunun ardından baş tutacaq.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı avqustun 14-31-də keçiriləcək. Burada güllə atıcılığı, stend atıcılığı və hərəkət edən hədəfə atəşaçma yarışları baş tutacaq. Yarışda Paris-2024 Yay Olimpiya Oyunlarına 48 lisenziyanın sahibi də bəlli olacaq.