Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə cərimə məlum olub.
Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.