Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən Fondun büdcəsinin mənbələr üzrə formalaşan gəlirlərinin, vəsaitlərin yerləşdirmə və idarəetmə üzrə istifadəsinin və xərc istiqamətləri üzrə uçotda əks etdirilməsi əhəmiyyətli aspektlər baxımından tədbiq edilən uçot siyasətinə uyğun əks etdirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.

Eyni zamanda Fondun gəlirliliyinin investisiyalarda bençmarklara uyğun bölgüləri və digər xüsusiyyətləri nəzərə alınmaqla bençmarka nisbətən əlavə gəlirlilik əldə etmək üçün bazar şəraitinə və iqtisadi göstəricilərə əsaslanan təhlillər edilməklə mövcud investisiyalara taktiki dəyişikliklərin edilməsinin və qlobal yüksək qeyri-müəyyənlik dövründə daşınmaz əmlak növlərinə tələbin azalması və ümumi istehlakçı əminliyinin geriləməsinin müşahidə edilməsi dinamik bazar dəyişikliklərinə uyğunlaşmaq məqsədilə güclü bazar prinsiplərinə əsaslanan daşınmaz əmlak növlərinin araşdırılmasının şərtləndirilməsini qeyd etmək imkanı verir.