neft f2022-ci ildə Fond vəsaitlərin idarəedilməsindən zərər etsədə hesabat ilinin sonunda neft və qaz qiymətlərinin artması fonunda Fondun aktivlərində keçən ilin eyni dövrü ilə müqayisədə artım olması müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Cədvəl 9. İnvestisiya portfelinin aktivlər üzrə bölgüsü (2021-ci il ilə müqayisəli), ABŞ dolları ilə
Alt portfellər (ABŞ dolları ilə) | 31.12.2022 | 31.12.2021 |
İstiqraz, depozit və nağd pul* | 30 429 075 404 | 27 831 699 862 |
Səhmlər | 9 609 212 232 | 8 566 642 866 |
Daşınmaz əmlak | 3 050 044 052 | 2 733 593 658 |
Qızıl | 5 944 376 883 | 5 892 663 880 |
İnvestisiya portfeli | 49 032 708 570 | 45 024 600 266 |
*Yuxarıdakı cədvəldə İstiqraz, depozit və nağd pul maliyyə aktivinin tərkibinə digər maliyyə aktivlərinə aid bank hesabları da daxildir.
Hesabat ilində Fondun yeni investisiyalarının həcmi ümumilikdə 7 347,9 mln. ABŞ dolları təşkil etsə də portfelin idarəedilməsindən ilin yekunlarına görə 2 461,3 mln. ABŞ dolları və portfelə daxil olan valyutaların baza valyutası olan ABŞ dollarına nisbətdə məzənnə dəyişməsi hesabına 878,5 mln. ABŞ dolları zərərin olması ilə Fondun aktivlərinin həcmi ilin sonuna 4008,4 mln. ABŞ dolları artması müəyyən edilib.