Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 11 iyul 2023-cü il tarixdə rayonun Küçəkənd kəndində səyyar qəbul keçirib.
Heftelik.az-ın məlumatına görə, səyyar qəbulda Pirkənd, Küçəkənd və Qaracallı kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunub, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılıb.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak edib.