Xəzər dənizində 3 maqnitudalı zəlzələ olub.
Heftelik.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən,11.07.23 tarixində yerli vaxtla saat 02:44-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ ocağı yerin 9 kilometr dərinliyində yerləşib.