Satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin tender zərflərinin açıldığı günədək satınalan təşkilat tərəfindən məxfi saxlanılmamasına görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin tender zərflərinin açıldığı günədək satınalan təşkilat tərəfindən məxfi saxlanılmamasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.