Hesabat ilində Dövlət Neft Fondunun təsdiq olunmuş hasilat və daxilolma proqnoz məlumatları ilə faktiki icra arasında əhəmiyyətli fərqlər, o cümlədən neft yataqları üzrə 67,0-99,0% aralığında, Bahar qaz yatağı üzrə 62,6%, bir sıra yataqlar üzrə daxilolmalarda isə 24,0- 94,0% aralığında mövcud olduğu müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Razılaşma Protokoluna əsasən yaranmış borc məbləğinin Fonda tam ödənilməməsi (hesabat ilində ödənilmiş məbləğ istisna olmaqla) hesabat ilinin sonuna borc məbləğinin 1 756,0 mln. ABŞ dolları təşkil etməsini şərtləndirməklə Fondun büdcə maliyyə intizamına təsir etməklə yanaşı vəsaitlərin idarəetmədən kənarda qalmasına şərait yaradıb.