2022-ci ildə ARDNF-dən dövlət büdcəsinə 7 923,0 mln. manat vəsait transfer edilib və bu xərc maddəsi büdcədə nəzərdə tutulana nisbətən 68,8 faiz səviyyəsində icra edilib, 2021-ci ilin icrasına (11 350,0 mln. manat) nisbətən 3 427,0 mln. manat və yaxud 30,2 faiz az icra olunub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Hesabat ilinin 29 iyun tarixində dövlət büdcəsində müvafiq dürüstləşmələr aparılıb, Fond tərəfindən dövlət büdcəsinə transfertin həcmi 12 710,0 mln. manatdan 11 517,5 mln. manata endirilib. Dürüstləşmədən əvvəlki tarixə transfertin proqnoz göstəriciləri icra rəqəmlərlərinə uyğunlaşdırılıb.