Fondun investisiya portfelində xarici menecerlərin idarəetməsində olan vəsaitinin ümumi həcmi 8 160,2 mln. ABŞ dolları təşkil edib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Ümumi idarəetmədə olan vəsaitin 4,3% və ya 354,7 mln. ABŞ dolları Borc öhdəlikləri və pul bazarları alt portfeli üzrə, 95,7%-i və ya 7 805,6 mln. ABŞ dolları isə Səhm alt portfeli üzrə olub.
Cədvəl 22. Xarici menecerlər tərəfindən idarə olunan portfellərin mandatları üzrə bölgüsü.
Xarici menecerlərin aktiv növləri üzrə bölgüsü | Həcmi (ABŞ dolları) | Çəkisi |
Borc öhdəlikləri və pul bazarları | 354 668 555 | 4.3% |
Səhmlər | 7 805 571 218 | 95.7% |
Cəmi xarici menecerlər | 8 160 239 773 | 100% |