Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətin məbləği müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, himayədar ailəyə verilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:
– 0–6 yaş arası uşağa görə – 355 manat, 7–13 yaş arası uşağa görə – 375 manat, 14–18 yaş arası uşağa görə – 395 manat;
Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:
– 0–6 yaş arası uşağa görə – 395 manat, 7–13 yaş arası uşağa görə – 415 manat, 14–18 yaş arası uşağa görə – 435 manat.
Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət 200 manat olacaq.