Neft Fondunun hesabat ilinin sonuna investisiya portfelində ən böyük çəkiyə malik olan valyutalar müvafiq olaraq ABŞ dolları, avro və ingilis funt sterlinqi təşkil edib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Fondun İnvestisiya portfelinin valyutalar üzrə bölgündə Fondun 2022-ci il üçün təsdiq edilmiş investisiya siyasətinin tələblərindən kənarlaşma olduğu müəyyən edilib. Dövlət Neft Fondunun investisiya portfelinin aktivlər və valyutalar üzrə bölgüləri nisbətinin tarazlaşdırılması prosedurları barədə Təlimatının tələblərinə uyğun müvafiq balanslaşdırılma aparılmış 1-ci rübün sonuna müvafiq göstəricilər investisiya siyasətinin tələbləri çərçivəsində olub.
Cədvəl 10. İnvestisiya portfelinin valyutalar üzrə bölgüsü (2021-ci il ilə müqayisəli), faizlə
Valyutalar | 31.12.2022 | 31.12.2021 |
ABŞ dolları | 56.5% | 55.9% |
Avro | 20.4% | 19.5% |
İngilis funt sterlinqi | 5.2% | 5.1% |
Qızıl | 12.1% | 13.1% |
Digər | 5.8% | 6.4% |